"Sportinq"də 4 itki

"Sportinq"də 4 itki
Futbol
26 Noyabr 2018 - 15:32
Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la qarşılaşacaq "Sportinq" problemlə üzləşib. 

Supersport.Az-ın xarici mətbuata istinadən məlumatına görə, məşqdə futbolçular Stefan Ristovski, Rodriqo Battalya, Fredi Montero və Rafinya iştirak etməyiblər. Zədəli olan sözügedən oyunçuların həkim nəzarətində olduğu bildirilib.
Digər oyunçuların isə bərpa xarakterli məşqlə kifayətləndiyi vurğulanıb. Bu gün Portuqaliya klubu istirahət edir.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Sportinq" oyunu noyabrın 29-u saat 21:55-də başlayacaq.

Digər xəbərlər