Pep Qvardiola millimizin oyununu izləyib

Pep Qvardiola millimizin oyununu izləyib
Futbol
24 Noyabr 2018 - 12:07
Millətlər Liqasının qrup mərhələsinin son turunda keçirilən Kosovo – Azərbaycan oyununu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola da izləyib.
Supersport.Az-ın məlumatına görə, bu barədə Britaniya mətbuatı xəbər yayıb.
İspaniyalı mütəxəssisin klubunun heyətində çıxış edən Kosovo yığmasının qapıçısı Ariyanet Muriçin debüt oyununa baxdığı və qapıçının çıxışından razı qaldığı bildirilir.

Xatırladaq ki, Kosovo – Azərbaycan oyunu meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.



Digər xəbərlər