Universal döyüşçümüz dünya çempionu oldu

Universal döyüşçümüz dünya çempionu oldu
Universal döyüş, Digər
22 Noyabr 2018 - 19:49
Rusiyanın Medin şəhərində universal döyüş üzrə yığma komandamız dünya çempionatında uğurlu çıxış edib.

Supersport.Az-ın Azərbaycan Universal Döyüş Federasiyasına istinadən məlumatna görə, idmançılarımız klassik və layt versiyaları üzrə mübarizə aparıblar.

Əlli səkkiz ölkədən 350-dək idmançının qatıldığı dünya çempionatında klassik versiyada 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Əliyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Millimizin digər üzvləri Asif Səmədli (90 kq) gümüş, Fərid Hüseynov (65 kq), Orxan Qurbanov (75 kq) və Mehman Hüseynov (85 kq) bürünc medala sahib olublar.

Layt versiyada isə Orxan Şükürov (75 kq) çempionatı ikinci, Əli Həsənli (80 kq) və Namiq Əlizadə (90 kq) üçüncü pillədə başa vurublar.

Millimiz turnirdə əməkdar məşqçi Elşən İsmayılovun rəhbərliyi altında mübarizə aparıb.

Digər xəbərlər