Azərbaycanlı futbolçu "Qalatasaray"da

Azərbaycanlı futbolçu "Qalatasaray"da
Futbol, Foto
22 Noyabr 2018 - 00:22


Supersport.Az-ın məlumatına görə, azərbaycanlı futbolçu Kənan Həsənov "Qalatasaray"a transfer olunub.

O, artıq Türkiyə klubunun U-8 komandasının heyətində məşqlərə başlayıb. 2011-ci il təvəllüdlü Kənan Həsənov 3 yaşından Bakıda "Canbala" uşaq futbol məktəbində futbola başlayıb.

Bir müddət "Qarabağ"ın akademiyasında oynayıb və Bakıdakı "Qalatasaray" məkbətində çıxış edib. Ötən il "Qalatasaray"ın seçimlərinə qatılaraq seçilsə də, İstanbul klubunda öz yaş qurupu üzrə komanda olmadığından "Altınordu" akademiyasına yollanaraq,

İzmir təmsilçisinin U-9 komandasında bir il çıxış edib. İndi isə o, "Qalatasaray"ın U-8 komandasında məşqlərə start verib.







Digər xəbərlər