Ukraynada Azərbaycanın uğuru - Şəkillər

Ukraynada Azərbaycanın uğuru - Şəkillər
Digər, Taekvondo, Foto
21 Noyabr 2018 - 21:05
Supersport.Az-ın məlumatına görə, 17-18 noyabrda Ukrayna paytaxtı Kiyevdə "Open Kiev" adlı beynəlxalq taekvondo yarışında ölkəmiz uğur qazanıb.

7 ölkədən olan 800 idmançı arasında Azərbaycan idmançılarının hamısı vətənə medalla dönüblər.

Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ruminya və Latviyanın iştirak etdiyi turnirdə ölkəmizin "Grandmaster" və "Abşeron" taekvondo idman klubları iştrak edib.

"Grandmaster"i yetirmələrindən Fatimə İsmayılzadə, Nigar Abdullayeva və  Xədicə İsmayılova yarışda birinci yeri tutublar. "Abşeron"un döyüşçüləri - Səadət Abasova 1-ci yer, Əliağa Abasov 2-ci yer, Mədinə Səfərova isə 3-cü olub.

"Grandmaster" klubunun rəhbəri Cavanşir Mirzəyev bu uğurları bayraq gününə həsr etdiklərini bildirib.

Vüqar Ağamalıoğlu

Digər xəbərlər