"Azərbaycanlı Messi" "Beşiktaş"da

"Azərbaycanlı Messi" "Beşiktaş"da
Futbol
21 Noyabr 2018 - 19:55
"Beşiktaş" "Sumqayıt"ın 12 yaşadək futbolçulardan ibarət komandasının üzvü Nihat Əhmədzadəni heyətinə cəlb edib.

Supersport.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə 12 yaşlı futbolçunun bundan sonra "Beşiktaş"ın futbol akademiyasında oynayacağı bildirilib.

Türkiyə mətbuatı Nihatı Azərbaycanın Lionel Messisi adlandırıb. O, "Mançester Yunayted Futbol Məktəbi"nə seçimlərdə də iştirak etmişdi. Ancaq ailəsi futbolçunun türkdilli ölkəyə getməsini istəyib. Nihatın məşqçisi Sabir Əliyev olub.

 

Digər xəbərlər