UEFA prezidentindən "fantaziya" açıqlaması

UEFA prezidentindən "fantaziya" açıqlaması
Futbol
20 Noyabr 2018 - 17:00



Supersport.Az-ın məlumatına görə, UEFA prezdenti Aleksander Çeferin qitənin 16 güclü klubunun Avropa Superliqası yarışı keçirməsi ideyasına etirazını bildirib.

"Bu düşüncə fantaziyadır. UEFA-nın bəzi planları var. Ancaq bildirim ki, Superliqa qurmaq niyyətimiz yoxdur. Avrokuboklarda bütün klubların iştirak etmək hüququna sahib olduğu fikrindəyik. Komandalara eyni yanaşma olmalıdır.

Dünyanın əsas problemlərindən biri varlı və güclülərlə digərlərinin arasında fərq olmasıdır. Zənginlər pulunu daha da artırmağa davam edir. Biz problemi həll etmək istəyən nadir qurumlardan biriyik. Varlı və güclülərlə digərlərinin arasında fərqi dərhal aradan qaldırmaq mümkün deyil. İştirakçı eyni münasibət istəyir. Güc fərqi olmasına rəğmən, bunun çox dəyişməməsinə çalışırıq".


Digər xəbərlər