Supersport.Az-ın məlumatına görə, Afrika Kubokunun seçmə mərhələsində keçirilən Misir – Tunis oyunundan əvvəl yerli fanatın açdığı şüar diqqət çəkib.
Misirli azarkeş, Muhamməd Salahdan erkən qol vurmağı istəyib:
“Salah, xahiş edirəm erkən qol vur. Evə tez getmək istəyirəm, ev tapşırığım var”.
Futbolçu, komandasının 2:1 hesabıyla qalib gəldiyi qarşılaşmada 90-cı dəqiqədə fərqlənib.
Oyunun ardından sosial şəbəkədə Salah, fanatdan üzr istəməyi özünə borc bilib:
“Həqiqətən səni erkən evinə göndərməyə çalışdım. Son dəqiqəyə qədər qaldığın üçün məyusam. Ümid edirəm ki, müəllimin vəziyyəti anlayışla qarşılayar”.