10 yaşlı Qol.az

10 yaşlı Qol.az
Futbol
17 Noyabr 2018 - 10:25
Bu gün Qol.az saytının fəaliyyətə başlamasından 10 il ötür.

Supersport.Az-ın məlumatına görə, 2008-ci ilin bu günü - noyabrın 17-də Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.

Dünyanın ən etibarlı sayğac sistemi olan “Google analytics”in göstəricilərinə əsasən, son illər ərzində Qol.az Azərbaycanın ən çox oxunan idman portalıdır. Gün ərzində on minlərlə oxucu idman, xüsusilə futbol xəbərləri əldə etmək üçün məhz Qol.az-ı seçir.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının üzvü olan az Qol.az saytı "5 Media" şirkətinin media layihələrindən biridir.

Supersport.Az başda saytın redaktoru Aydın Bağırov olmaqla Qol.az-ın bütün kollektivini 10 illik yubiley münasibətilə təbrik edir, onlara işlərində uğurlar arzulayır!

Digər xəbərlər