Yığmamızdan uğursuz start, gürcülərdən darmadağın

Yığmamızdan uğursuz start, gürcülərdən darmadağın
Futbol
14 Noyabr 2018 - 18:55
Bu gün 19 yaşadək futbolçulardan ibarət yığmamız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Supersport.Az-ın məlumatına görə, Vüqar Məmmədin başçılıq etdiyi komandamız ilk qarşılaşmada İsrail futbolçularına 1:4 hesablı məğlub olub.

Qrupumuzn digər oyununda isə Gürcüstan Lixtenşteyn yığmasını 7:0 hesabıyla darmadağın edib.

Qeyd edək ki, seçmə mərhələnin oyunları Gürcüstanda keçirilir. Hər qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək.

Avropa çempionatının final mərhələsi Ermənistanda keçiriləcək.

Avropa çempionatının seçmə mərhələsi, 1-ci qrup

1-ci tur

14 noyabr
14:00. Azərbaycan – İsrail - 1:4


Qollar: Emil Qasımov, 82 - Məhəmməd Kanaan, 9, Şadi Masarva, 28, Bar Arad, 56, 64


Hakimlər: Erik Lambrext, Karel De Roker (hər ikisi Belçika), Giorgi Elikaşvili (Gürcüstan)
Tiflis, Mixail Mesxi adına stadion.

Digər xəbərlər