"Bu nə AFFA-nın, nə də PFL-in günahıdır" - Ramin Musayev - Video

"Bu nə AFFA-nın, nə də PFL-in günahıdır" - Ramin Musayev - Video
Futbol, Video
14 Noyabr 2018 - 15:13
Supersport.Az-ın məlumatına görə, AFFA-nın inzibati binasında Azərbaycan Kubokunun 2018/2019-cu illər mövsümünün püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bir sıra maraqlı məqamlara toxunub.

"Hər birinizi salamlayıram. Azərbaycan Kubokunun qarşıdan gələn mövsümündə bütün iştirakçılara uğurlar arzu edirəm. Güclü olan qalib gəlsin.  Azərbaycan Kubokunun yeni sahibi olacaq komanda ölkəmizi avrokuboklarda layiqincə təmsil etsin və ən azından "Neftçi","Qaraba" və "Qəbələ"nin  uğurlarını təkrarlasın. Kubokun yeni mövsümü  ilə bağlı yenilik ondan ibarətdir ki, 4-cü əvəzetməyə icazə veriləcək.  Belə ki, məşqçilər oyun  əlavə vaxta gedəcəyi təqdirdə 4-cü əvəzetmədən istifadə edə biləcəklər. Düzdür, kubokda komandaların sayı azdır. Amma bu nə AFFA-nın, nə də PFL-in günahıdır. Ümumi vəziyyət belədir".

PFL rəhbəri, Azərbaycan Premyer Liqasındakı vəziyyət haqda da fikir bildirib:

"Onu qeyd etmək istəyirəm ki, bizim çempionat maraqlı mübarizə şəraitində keçir. Bəli, komandalar bir-biriylə tez-tez görüşür. Ancaq matçlar gərgin mübarizə şəraitində keçir".


 

Digər xəbərlər