"Neftçi"nin baş məşqçisi Fabio Kapellodan irəlidə

"Neftçi"nin baş məşqçisi Fabio Kapellodan irəlidə
Futbol
14 Noyabr 2018 - 11:56
Dünyanın ən yaxşı məşqçilərinin yeni siyahısı açıqlanıb.

Supersport.Az-ın məlumatına görə, "Football World Ranking" saytının reytinqində millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 125 pillə irəliləyib. Mütəxəssis 587-ci yeri 462-yə dəyişib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 482 xalla 703-cü pillədən 706-ya düşüb. İtaliyalı mütəxəssis, ötən həftə ilə müqayisədə 3 pillə geriləsə də, dünyada məşhur olan Fabio Kapellodan irəlidədir. Kapello 158 xalla iki pillə geriləyrək 941-cidir. 72 yaşlı mütəxəssis məşqçilik karyerasında "Roma", "Milan", "Yuventus", "Real Madrid" kimi məşhur klubları çalışdırıb. İtaliya, İspaniya çempionu olub, Çempionlar Liqası, UEFA Superkubokunu və başqa uğurlar qazanıb. İngiltərə və Rusiya yığma komandasının baş məşqçisi vəzifəsində çalışıb. "Tszyansu Sunin" klubunda bir ilə fəaliyyət göstərən karyerasını başa vurub.

Qeyd edək ki, "Barselona"nın baş məşqçisi Ernesto Valverde (14964 xal) birincidir. "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone (14470 xal) bir pillə irəliləyərək ikinci, "Qremio"nun baş məşqçisi Renato Qauço (13463 xal) isə üçüncü sıraya düşüb.

Digər xəbərlər