"Sportinq"in yeni baş məşqçisinin fəlsəfəsi: güclü təzyiq, hücum futbolu

"Sportinq"in yeni baş məşqçisinin fəlsəfəsi: güclü təzyiq, hücum futbolu
Futbol
13 Noyabr 2018 - 23:54
Supersport.Az-ın məlumatına görə, "Sportinq"in baş məşqçisi Marsel Keyzerin təqdimatı keçirilib.

Klub prezidenti Federiko Varandas əsas məqsədinin komandanın maraqlarını qorumaq olduğunu bildirib:

"Komandamız hesab edir ki, Marsel Keyzer ən doğru seçimdir. O, cavan mütəxəssisdir, gənclərə şans verməyə, həmişə baxımlı və keyfiyyətli oyun nümayiş etdirməyə üstünlük verir".

"Ayaks"dan çalışmış 49 yaşlı niderlandlı mütəxəssis Marsel Keyzer isə deyib:

"Komandanın qələbəsini, futbolçularda yüksək enerji, inam gördüm. "Sportinq"lə bağlı ilk təəsssüratım yaxşıdır. Komandamın hücum futbolu və yüksək təzyiq göstərərək oynayacağına söz verirəm. Klub mənimlə maraqlananda çox sevindim. Siz titul qazanmaq istəyirsiniz. Gəlin gözləyək ki, komandanı çox yaxşı və güclü edə biləcəyikmi? "Arsenal"la oyuna baxmışam və son çempionat oyununda qələbə müsbət məqamdır".

 

Digər xəbərlər