"Arsenal" - "Qarabağ" matçının biletləri satışda

"Arsenal" - "Qarabağ" matçının biletləri satışda
Futbol
12 Noyabr 2018 - 19:03
Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində "Qarabağ"ın qarşılaşacağı İngiltərənin "Arsenal" klubu ilə səfər matçının biletləri satışa çıxarılıb.

Supersport.Az xəbər verir ki, biletləri iticket.az saytından onlayn olaraq və ya "iticket"in baş ofisindən (AF Mall, 14-cü mərtəbə, ofis 36) əldə edə bilərsiniz.

Biletlərin qiymətləri 39-56 manat arasındadır.

"Arsenal" "Qarabağ"ı dekabrın 14-də qəbul edəcək. Komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan ilk matçda "topçular" 3 cavabsız qolla qalib gəliblər.

Digər xəbərlər