İbrahim Şehiçin komandası rahat nəfəs aldı

İbrahim Şehiçin komandası rahat nəfəs aldı
Futbol
12 Noyabr 2018 - 08:14
Supersport.Az-ın məlumatına görə, Türkiyə Superliqasının 12-ci turunda "Böyükşəhər Bələdiyyə Ərzurumspor" "Göztəpə"ni məğlub edib. Ərzurum klubundan İbrahim Akdağ (28), Taylan Antalyalı (53) fərqlənib. Hər iki qolun ötürməsini Əmrah Başsan vurub. "Ərzurumspor"un qolkiperi İbrahim Şehiç 90 dəqiqə meydanda olub.

Qonaq komandadan Yasin Öztəkin (90+4) fərqi azaldıb.

Bu qələbəylə "Ərzurumspor" xalını 11-ə çatdıraraq, "Göztəpə" 18 xalda qalıb.

Ərzurum təmsilçisi növbəti turda "Antalyaspor"la qarşılaşacaq.

Digər xəbərlər