"Sportinq"də yeni baş məşqçi

"Sportinq"də yeni baş məşqçi
Futbol
09 Noyabr 2018 - 13:37
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq"in yeni baş məşqçisi müəyyənləşib.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Lissabon təmsilçisini Marsel Keyzer çalışdıracaq.

Niderlandlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 44 yaşlı məşqçi bu vəzifədə ötən həftə istefaya göndərilən Joze Pezeyrunu əvəzləyib.

Qeyd edək ki, Keyzer son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Əl Cəzirə" klubunu çalışdırıb.

Digər xəbərlər