"Qarabağ"dan 5 milyon avro qazanc

"Qarabağ"dan 5 milyon avro qazanc
Futbol, Eksklüziv
09 Noyabr 2018 - 08:50
Supersport.Az-ın məlumatına görə, Avrokubokda təmsilçimiz "Qarabağ" son qələbəsi sayəsində qazancını artırıb.

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində iştirak üçün Azərbaycan çempionuna 280 min, ikinci raunda vəsiqə əldə etdiyinə görə 380 min avro, üçüncü mərhələyə adladığından 480 min avro ödəyir.

"Qarabağ" qitənin bir nömrəli klub yarışında 1 milyon 140 min avro qazanmışdı.

Azərbaycan təmsilçisi Avroliqanın pley-off mərhələsində mübarizəyə görə 300 min, qrup raunduna düşdüyündən 2.92 milyon avro gəlir əldə edib. "Qarabağ" səfərdə "Vorskla"ya qalib gəldiyindən 570 min avroya sahib çıxıb.

Altıqat Azərbaycan çempionu hələ ki, ümumilikdə 4 milyon 930 min avro qazanc əldə edib. "Qarabağ" qrupda "Sportinq" və "Arsenal"la oyunda xal toplasa məbləğ artacaq.

Mövsümün sonu ümumi qazancın üzərinə teleyayım, marketinq gəlirləri əlavə olunacaq.

 

Digər xəbərlər