“Real”da 7-ci oldu

“Real”da 7-ci oldu
Futbol
08 Noyabr 2018 - 16:59
"Real”ın futbolçusu Kərim Benzema Çempionlar Liqasında “Viktoriya” ilə keçirilən oyunda (5:0) dubl edib.

Supersport.Az xəbər verir ki, Benzema bununla, “Real”da vurduğu qolların sayını 200-ə çatdırıb. O, “kral klubu”nda bu göstəriciyə nail olan 7-ci futbolçu kimi tarixə düşüb.

“Real”da Benzemadan çox qol vuran futbolçular bunlardır: Kriştiano Ronaldo, Raul Qonsales, Alfredo di Stefano, Karlos Santilyana, Ferents Puşkaş və Uqo Sançes.

Benzema “Real”a 2009-cu ildə “Lion”dan keçib. O, “Real”ın heyətində 16 titul qazanıb.

Digər xəbərlər