"Qarabağ" "Vorskla"dan qisas aldı - Video

"Qarabağ" "Vorskla"dan qisas aldı - Video
Futbol, Video
09 Noyabr 2018 - 01:57
Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.

Supersport.Az-ın xəbərinə görə, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" növbəti oyununda Ukraynada "Vorskla"nın qonağı olub. Matç Azərbaycan çempionunun minimal hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda "Arsenal" "Sportinq"i sınağa çəkib. Matçda hesab açılmayıb.

Xatırladaq ki, qrupda keçirdiyi üç oyunda qol vura bilməyən "Qarabağ" səfərdə "Sportinq"ə (0:2), Bakıda isə "Arsenal" (0:4) və "Vorskla"ya (0:1) məğlub olub.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

E qrupu

00:00. "Vorskla" (Ukrayna) - "Qarabağ" (Azərbaycan) 0-1

Qol: Araz Abdullayev, 13-pen.

Baş hakim: Sandro Şörer (İsveçrə)
Aleksey Butovski adına stadion


00:00."Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə) 0-0











































1.Arsenal43108:210
2.Sporting42114:27
3.Vorskla Poltava41024:63
4.Qarabağ41031:63

Digər xəbərlər