Dünyanın ən qiymətli futbolçusu - Mbappe

Dünyanın ən qiymətli futbolçusu - Mbappe
Futbol
05 Noyabr 2018 - 23:14
Supersport.Az-ın məlumatına görə, PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappe dünyanın ən bahalı futbolçularının siyahısında liderdir.

Dünya çempinatının ən yaxşı gənc oyunçusunun qiyməti 216,5 milyon avrodur. "CIES Football Observatory" araşdırma mərkəzi belə qənaətə gəlib.

"Tottenhem"in və İngiltərə millisinin forvardı Harri Keyn (197,3 milyon) ikinci, PSJ-nin braziliyalı futbolçusu Neymar (197 milyon) üçüncüdür.

CİES-in siyahısında sonrakı yerlərdə "Liverpul"un aparıcı oyunçusu Muhamməd Salah (173 milyon), "Barselona"nın futbolçularından Filippe Koutinyo (171,3 milyon), Lionel Messi (170,6 milyon) var.

"Real Madrid"i "Yuventus"a dəyişən Kriştiano Ronaldo "Top-10"a düşməyib.

 

Digər xəbərlər