Avroliqanın final oyununun təhlükəsizliyi ilə bağlı AFFA-da iclas

Avroliqanın final oyununun təhlükəsizliyi ilə bağlı AFFA-da iclas
Futbol
05 Noyabr 2018 - 13:17
2019-cu il mayın 29-da Bakıda təşkil olunacaq UEFA Avropa Liqasının final oyununa hazırlıq məqsədilə müxtəlif məsələlərin müzakirə edildiyi mütəmadi iclaslar keçirilir.

Supersport.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, final oyununun təhlükəsizliyi ilə bağlı iclas keçirilib.

Növbəti belə tədbir Bakı Olimpiya Stadionunda təşkil olunub. Final qarşılaşmasının təhlükəsizliyinin təmin olunması ilə bağlı iclasda UEFA nümayəndələri Andreas Schar və Deni Kistenyov, oyunun təşkili üzrə əməliyyat qrupunun üzvləri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak edib.

Digər xəbərlər