"Vorskla"nın baş məşqçisi: "Qarabağ"ı yenə məğlub edə bilərik" - Video

"Vorskla"nın baş məşqçisi: "Qarabağ"ı yenə məğlub edə bilərik" - Video
Futbol, Video
04 Noyabr 2018 - 23:11
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"ı qəbul edəcək "Vorskla"nın baş məşqçisi Vasili Saçko iddialı açıqlama verib.

Ukrayna çempionatında "Lvov"u səfərdə iki qolla məğlub edən qalib komandanın çalışdırıcısı qitə oyunu ərəfəsində yüksək-əhval ruhiyyədə olduqlarını bildirib.

"Biz uşaqlarla razılığa gəlmişdik ki, ilk dəqiqələrdən oyuna köklənək. Aqressiv, sürətli oynamalı, hücumlar qurmalı və rəqibə təzyiq göstərməliydik. Buna nail olduq: biz qollar vurduq və ikinci hissədə bir neçə təhlükəli imkanlar təşkil etdik. Fasilədən sonra çətin idi. Rəqibin problemlər yaratdı, qarşısını almaq ağır oldu, səhvlərə yol verdik. Məqsəd qələbə qazanmaq idi ki, bunu da yerinə yetirdik. Hesab edirəm ki, nəticə qanunauyğundur. Ümid edirəm ki, "Qarabağ"ı da yenə məğlub etmək gücündəyik. Bizi çox çətin oyun gözləyir. İndi tez müddətdə bərpa olunmalı və doğma divarlarda da uğurlu nəticə qazanmalıyıq" - deyə, "Vorskla"nın baş məşqçisi vurğulayıb.

Digər xəbərlər