"Qarabağ"la oyun ərəfəsində "Vorskla" sevindi - Video

"Qarabağ"la oyun ərəfəsində "Vorskla" sevindi - Video
Futbol, Video
04 Noyabr 2018 - 21:07
Supersport.Az-ın məlumatına görə, Ukrayna Premyer Liqasının 14-cü turunda "Vorskla" səfərdə "Lvov"la qarşılaşıb.

Qonaqlar 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Pavel Rebyonok (19) və Najeb Yakubu (38) vurub.

Ukrayna çempionatında 12 komanda mübarizə aparır və ilk üç yerdə "Şaxtyor" (37 xal), "Dinamo" (29 xal) və "Aleksandriya" (27 xal) qərarlaşıb. Bu qələbənin ardından "Vorskla" 24 xalla turrnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


Qeyd edək ki, noyabrın 8-də Avroliqanın qrup mərhələsinin 4-cü turunda "Vorskla" "Qarabağ"ı qəbul edəcək.

 

Digər xəbərlər