Qurban Qurbanov: "Donald Gerye cəzalandırılıb" - Video

Qurban Qurbanov: "Donald Gerye cəzalandırılıb" - Video
Futbol, Video
04 Noyabr 2018 - 02:16
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Donald Geryeni cəzalandırdıqları barədə yayılan xəbəri təsdiq edib.

Mütəxəssis 29 yaşlı oyunçunun klubun düşərgəsinə gec qayıtdığını deyib:

"Bu, klubdaxili olan məsələdir. Amma cəza var. Necə cəzalandırılıb, futbolçu daha yaxşı bilir. Bəzən elə hal olur ki, oyunçu cəzalanır və özü bunu düzgün qəbul edir. Kodekslə tanış olurlar və söz deməyə nəsə olmur".

Digər xəbərlər