Ronaldinyonun pasportu əlindən alındı

Ronaldinyonun pasportu əlindən alındı
Futbol
03 Noyabr 2018 - 11:19
Supersport.Az-ın xarici mətbuata istinadən məlumatına görə, braziliyalı əfsanəvi futbolçu Ronaldinyonun pasportu məhkəmə qərarıyla əlindən alınıb.

Buna səbəb onun 2015-ci ildə qanunsuz olaraq anbar və balıq platforması inşa etdirdiyi üçün kəsilən 2.5 milyon dollar cəriməsini ödəməməsidir.
Xatırladaq ki, 38 yaşlı Ronaldinyo bu ilin yanvarında karyerasını başa vurub.

Dünya çempionu "Barselona", "Milan" və PSJ kimi məşhur klublada çıxış edib.

Digər xəbərlər