"Qarabağ"ın oyununun yeri dəyişdi

"Qarabağ"ın oyununun yeri dəyişdi
Futbol
01 Noyabr 2018 - 16:12
Azərbaycan Premyer Liqasının 10-cu turunda keçiriləcək "Qarabağ" - "Sumqayıt" oyununun yeri dəyişdiriləcəyi təsdiqlənib.

Supersport.Az-ın xəbərinə görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) saytı məlumat yayıb.
 “Qarabağ” PFL-ə müraciət ünvanlayıb. Müraciətdə ev oyunlarının keçirildiyi “Azersun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub.
Mövcud vəziyyəti araşdıran Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunları ilə bağlı aşağıdakı qərarları qəbul edib:

I Divizionun IX turunun “Qarabağ-2” – MOİK qarşılaşması isə 2 noyabr tarixində “Azersun Arena”da oynanılacaq.

Topaz Premyer Liqasının X turunun “Qarabağ” – “Sumqayıt” görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Digər xəbərlər