Eksklüziv: Qurban Qurbanov əsəbləşdi, nəticə tələb etdi

Eksklüziv: Qurban Qurbanov əsəbləşdi, nəticə tələb etdi
Futbol, Eksklüziv
26 Oktyabr 2018 - 23:00
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Avroliqada uğursuz çıxış "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu əsəbləşdirib.

Qitə yarışının qrup mərhələsinin üç oyununda məğlubiyyətdən ciddi narahat olan təcrübəli mütəxəssis, futbolçuları sərt tənqid edib, iradlarını çatdırıb.

"Vorskla" qarşısında qol epizodlarını boşa verərək meydanı başı aşağı tərk edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçın ardından paltardəyişmə otağında oyunçularına kəskin narazı olduğunu bildirib.

Mütəxəssis, futbolçulara uğursuzluqlardan dərs almağın, növbəti oyunlarda xal qazanmağın vacibliyini söyləyib.

Q.Qurbanov "Qarabağ"ı çalışdırdığı 10 il müddətində komandanı 5 dəfə Avrokubokların qrupuna daşıyıb.

Xatırladaq ki, Avropa Liqasının "E" qrupunda "Arsenal" 9 xalla liderdir. "Sportinq" 6 xalla ikinci, "Vorskla" 3 xalla üçüncüdür. "Qarabağ" 0-la sonuncu pilləni tutur.

Digər xəbərlər