Cüdo üzrə açıq Bakı çempionatına start verilib

Cüdo üzrə açıq Bakı çempionatına start verilib
Digər, Cüdo
26 Oktyabr 2018 - 01:05
Oktyabrın 25-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə açıq Bakı çempionatına start verilib.

Supersport.Az xəbər verir ki, iki gün davam edəcək paytaxt birinciliyində 23 klubdan 253 cüdoçu (221 kişi, 32 qadın) medallar uğrunda mübarizə aparacaq.

Yarışın ilk günü qadınlar arasında bütün çəki dərəcələrində qaliblər müəyyənləşib. Çempionatda Aynur Camalova (48 kq), Gülnar Paşayeva (52 kq), Şəfəq Məmmədova (57 kq), Nuriyyə Axundova (63 kq), Südabə Ağayeva (70 kq) və Mehriban İmanzadə (78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Kişilərin mübarizəsində isə 66 və 81 kiloqram çəki dərəcələrində yarışan cüdoçular medallar uğrunda mübarizə aparıblar. Bu çəkilərdə qızıl medallara Yaşar Nəcəfov (66 kq) və Əkbər Quliyev (81 kq) sahib olublar.

Digər xəbərlər