"Qəbələ" səfərdə qalib gəldi

"Qəbələ" səfərdə qalib gəldi
Futbol
24 Oktyabr 2018 - 18:25
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində cavab oyununa çıxacaq.

 

Supersport.Az xəbər verir ki, “qırmızı-qaralar” Moldovada “Şerif”in müvafiq yaş qrupu ilə qarşılaşıb. Matç qəbəlilərin inamlı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, turu keçən komanda növbəti mərhələdə “Herta” (Almaniya) – “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

 

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, cavab oyunu

 

16:00. “Şerif” (Moldova) - “Qəbələ” (Azərbaycan) - 1:3

Qollar: Vsevolod Nihayev, 53 (pen.) - Samir Qurbanov, 44, 62, Vadim Dijinari, 63 (avtoqol)

Hakimlər: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova)

Tiraspol. “Şerif” stadionunun kiçik arenası

İlk oyun – 1:1

Digər xəbərlər