"Qarabağ" azarkeşlərə müraciət etdi

"Qarabağ" azarkeşlərə müraciət etdi
Futbol
23 Oktyabr 2018 - 16:44
"Qarabağ" Avropa Lqasının qrup mərhələsinin üçüncü turunda "Vorskla" ilə ev oyunu öncəsi azarkeşlərə müraciət edib.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, müraciətdə bildirilir: "UEFA Avropa Liqasının qrup mərhələsinin III mərhələsində “Qarabağ”ımız oktyabrın 25-i Bakı Olimpiya Stadionunda "Vorskla"nı qəbul edəcək. Azarkeşlərimizin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klubumuz tərəfindən azarkeşlərin xidmətində olacaq. Azarkeşlərimiz avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl- saat 17:55-dən etibarən istifadə edə bilər".


Qeyd edək ki, “Qarabağ”ın "Vorskla" ilə  matçına bilet satışa davam edir.

Digər xəbərlər