İrina Netreba yarımfinalda - YENİLƏNİR

İrina Netreba yarımfinalda - YENİLƏNİR
Digər, Güləş
23 Oktyabr 2018 - 16:01
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.
Bu gün qadınlardan ibarət yığmamızın üç üzvü mübarizəyə qoşulub.
Supersport.Az xəbər verir ki, İrina Netreba ilk görüşdə Peru təmsilçisini sıradan çıxarıb. Millimizin üzvü 1/8 finalda İsveç güləşçisi üzərində qələbə qazanıb. Netreba 1/4 finalda çinli rəqibinə də aman verməyərək yarımfinala yüksələn ilk qadın güləşçimiz olub.
Ancaq Elis Manolova təsnifat mərhələsində italiyalı rəqibinə uduzub.
Avropa çempionatının bürünc medalçısı Səbirə Əliyeva isə 1/8 finalda türk həmkarına müqavimət göstərə bilməyib.

65 kq
1/2 final - İrina Netreba
1/4 final - İrina Netreba - Çuyinq Tanq (CHN) 3:0
1/8 final - İrina Netreba - Henna Katarina Yohansson (SWE) 3:1
Təsnifat - İrina Netreba - Yanet Ursula Sovero Nino (PER) 6:2

68 kq
Təsnifat - Elis Manolova - Dalma Kaneva (İTA) 1:3

76 kq
1/8 final - Səbirə Əliyeva - Yasemin Adar (TUR) 0:10

Yarışı aşağıdakı linkdən izləmək mümkündür:
https://unitedworldwrestling.org/event/world-championships-33

Digər xəbərlər