İbrahim Şehiçin komandası xal qopardı - Video-Şəkil

İbrahim Şehiçin komandası xal qopardı - Video-Şəkil
Futbol, Video, Foto
23 Oktyabr 2018 - 15:00


Türkiyə Superliqasının 9-cu turunda "Trabzonspor" autsayderlərdən biri "Ərzurumspor"la qarşılaşıb.

Supersport.Az-ın məlumatına görə,bu qarşılaşmada "Qarabağ"ın sabiq qolkiperi İbrahim Şehiç 90 dəqiqə meydanda olub və qapısını toxunulmaz saxlayıb. Matç qolsuz bərabərliklə başa çatıb.

"Ərzurumspor"un bir golu VAR-la, "Trabzonspor"un isə bir penaltisi ləğv olunub.
Oyuna sürətlə başlayan Ərzurum klubu 6-cı dəqiqədə Özər Hurmacıyla irəli çıxıb. Ancaq hakim Bülənt Yıldırım, epizodu təkrar izləyərək qolu ofsayddan vurdulduğu üçün hesaba almayıb.
İkinci hissənin 68-ci dəqiqəsində "Trabzonspor"lu Rodallega yerdə qalanda baş hakim əvvəlcəpenalti nöqtəsini göstərib. Daha sonra Yıldırım VAR-dan faydalanaraq qərarını dəyişərək penaltini ləğv edib.



Bu heç-heçədən sonra Qaradəniz təmsilçisi 14 xalla 7-ci pillədə qərarlaşıb.



Qeyd edək ki, 9 turdan sonra turnir cədvəlinə 19 xalla "Qalatasaray" başçılıq edir. "Başakşəhər" və "Kasımpaşa" hərəyə 18 xalla 2-3-cü pillələri bölüşdürür. "Antalyaspor" 16 xalla 4-cü, "Beşiktaş" 15 xalla 5-cidir.










67. dakikada hakem Bülent Yıldırım, Rodallega'nın ceza sahası içinde düşürülmesinde önce penaltı noktasını gösterdi. Sonra VAR'a giden Yıldırım, bu kararını iptal etti.


87. dakikada Rodallega'nın pasında ceza sahası içine giren Ekuban'ın vuruşunda meşin yuvarlak kaleci Sehic'de kaldı.




Digər xəbərlər