Ronaldodan tarixi qol - Video

Ronaldodan tarixi qol - Video
Futbol, Video
21 Oktyabr 2018 - 12:07
Supersport.Az-ın məlumatına görə, İtaliya çempionatına 8 oyunda 8 qələbə ilə başlayan, Çempionlar Liqasının iki oyununda qalib gələn "Yuventus" ilk xalını itirib.

Turin klubu 9-cu turda "Cenoa" ilə heç-heçəyə razılaşıb. Qarşılaşmanın 18-ci dəqiqəsində Kriştiano Ronaldo ilə irəli keçən "Yuventus" 67-ci dəqiqədə Daniel Bessanın qoluna mane ola bilməyib.

Bu nəticənin ardından "Yuve" 25 xalla liderliyini qoruyub, "Cenoa" isə 13 xalla 10-cu sırada qalıb.

Ronaldo 5 böyük liqada 400 qola çatan ilk futbolçu kimi tarixə düşüb.

Bundan əvvəl çıxış etdiyi "Mançester Yunayted"lə İngiltərədə 84, "Real"la isə İspaniyada 311 dəfə rəqib qapılarına yol tapan 33 yaşlı forvard yubiley qolunu İtaliya çempionatında vurub.
Qeyd edək ki, hazırda Ronaldo bu göstərici üzrə 389 qolla "Barselona"nın hücumçusu Lionel Messi izləyir.

Digər xəbərlər