Taekvondoçular Tokio olimpiadası üçün döyüşəcək

Taekvondoçular Tokio olimpiadası üçün döyüşəcək
Futbol
17 Oktyabr 2018 - 15:52
Böyük Britaniyanın Mançester şəhərində Qran-Pri turnirin növbəti mərhələsi keçiriləcək.

Supersport.Az-ın məlumatına görə, "Tokio-2020"yə reytinq xalları verən yarışda böyüklərdən ibarət milli yığma komandamız 6 idmançı ilə təmsil olunacaq.

Bu gün Mançester şəhərinə yollanan komandamızın heyətində Qaşım Maqomedov (-58 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov (hər ikisi -68 kq), Ramin Əzizov (+80 kq), Patimat Abakarova (-49 kq) və Fəridə Əzizova (-67 kq) yer alıb. Yarışlara oktyabrın 19-da start veriləcək və üç gün davam edəcək.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və baş məşqçilər Reza Mehmandoust, Elnur Amanovun rəhbərliyi ilə turnirə yollanan taekvondoçularımız oktyabrın 22-də vətənə dönəcək.

Digər xəbərlər