Halldorsson oynadı, İslandiya evdə uduzdu - Video

Halldorsson oynadı, İslandiya evdə uduzdu - Video
Futbol, Video
16 Oktyabr 2018 - 07:43
UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunları keçirilir.

 

Supersport.Az xəbər verir ki, A liqasının 2-ci qrupunda yer alan İslandiya millisi evdə İsveçrəni qəbul edib. Matç meydan qonaqların 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

 

İslandiya millisinin qapısını “Qarabağ”ın qolkiperi Hannes Halldorsson qoruyub.

 

90 dəqiqə meydanda olan 34 yaşlı qapıçı 2 qolun qapıdan keçməsinə mane ola bilməyib.

 

 

İslandiya - İsveçrə 1:2

Qollar: Alfred Finnboqason, 81 - Haris Seferoviç, 52, Mixael Lanq, 67

 

 

Digər xəbərlər