Slavçevli millisindən 3-cü qələbə - Video

Slavçevli millisindən 3-cü qələbə - Video
Futbol, Video
14 Oktyabr 2018 - 11:25
Futbol üzrə Bolqarıstan yığması UEFA Millətlər Liqasında növbəti matçına çıxıb.

Supersport.Az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçevin formasını geyindiyi bu komanda qrup mərhələsinin 3-cü turu çərçivəsində Kipri qəbul edib. C Liqasının 3-cü qrupunda yer alan komandaların görüşündə bolqarlar 2:1 hesablı əzmkar qələbəyə seviniblər.

Slavçev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Bolqarıstan yığması 3 turdan sonra maksimum nəticə - 9 xala qrup lideridir.



 

Digər xəbərlər