Şahanə Nəzərova Olimpiadada bürünc medal qazandı

Şahanə Nəzərova Olimpiadada bürünc medal qazandı
Digər, Güləş
14 Oktyabr 2018 - 08:46
Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləşçimiz Şahanə Nəzərova (43 kq) mübarizəyə start verib.
B qrupunda yer alan Şahanə Olimpiadaya uğurlu start verib. Nəzərova ilk görüşdə braziliyalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Nigeriyalı güləşçi də təmsilçimizə müqavimət göstərə bilməyib. Ancaq 3-cü görüşdə Şahanə son dünya çempionatının finalında uduzduğu amerikalı güləşçiylə bacarmayıb. Ruhdan düşməyən Nəzərova qrupdakı son qarşılaşmasında fransalı rəqibinə qalib gələrək B qrupunu 2-ci yerdə tamamlayıb. Nəticədə həmyerlimiz bürünc medal uğrunda A qrupunda 2-ci pillədə qərarlaşan Monqolustan təmsilçisi ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə minimal hesabla rəqibinə qalib gələn Şahanə Olimpiadanın bürünc medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan bundan öncə aktivinə bir qızıl, bir gümüş və bir bürünc medal yazdırıb.

Digər xəbərlər