Qurban Qurbanov: "Danışmaqdansa, meydanda daha çox iş görməliyik"

Qurban Qurbanov: "Danışmaqdansa, meydanda daha çox iş görməliyik"
Futbol
10 Oktyabr 2018 - 17:49

Supersport.Az-ın məlumatına görə, UEFA Millətlər Liqası turniri çərçivəsində oktyabrın 11-də keçiriləcək Farer adaları – Azərbaycan oyunu ərəfəsində millimizin baş məşqçisi Qurban Qurbanov səfərdə fikirlərini bildirib.

"Bu gün danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik. Rəqibi tanıyırıq və bilirik ki, yaxşı şansı var. Biz isə sabahkı şansımızdan istifadə etməyə yaxşı hazırlaşmışıq.



Hava şəraitinin bizə problem yaradacağını düşünmürəm. Çünki vəziyyət hər iki komanda üçün eynidir. Meydanla tanış oldum, hiss olunur ki, standartlardan bir qədər fərqlənir. Hərçənd, meydannın ölçüsü və süni örtüklü olması bizə bir qədər problem yaradacaq. Ancaq biz diqqətimizi rəqibə yönəltməliyik. İnanıram ki, uşaqlar sabah bacardıqlarını ortaya qoyacaqlar.

Bu toplanışda az məşq etmişik. Hal-hazırda heç bir problem və futbolçu çatışmazlığı haqda düşünmürəm. Komandamın tam hazır olduğunu və möhkəm kollektiv kimi meydana çıxacağına inanıram. Ən yaxşı futbolumuzu oynamalıyıq" - deyə, təcrübəli mütəxəssis qeyd edib.

Digər xəbərlər