"Vorskla": İtki və qayıdış

"Vorskla": İtki və qayıdış
Futbol
10 Oktyabr 2018 - 16:03
Supersport.Az-ın məlumatına görə, Avroliqanın qrup mərhələsinin üçüncü turunda "Qarabağ"ın qonağı olacaq "Vorskla" ciddi itkiylə üzləşib.

Yarımmüdafiəçi Aleksandr Kobaxidze çiynindənncərrahiyyə əməliyyatı olunub. Futbolçunun hansı müddətə bərpa ediləcəyi açıqlanmayıb. Oyunçu bir neçə gün əvvəl bu il oynaya bilməyəcəyini və mövsümün ikinci hissəsinə hazır olacağını bildirib.

Kobaxidze bu sezon 9 oyunda iştirak edib.

"Vorskla"nın forvardı Denis Vasin ilk dövrəni buraxsa da, bərpa olunmağa yaxındır.

Digər xəbərlər