Azərbaycanlı futbolçu ən yaxşı seçildi

Azərbaycanlı futbolçu ən yaxşı seçildi
Futbol
09 Oktyabr 2018 - 21:15
Supersport.Az-ın məlumatına görə, Azərbaycan əsilli Əli Daei Asiya Kuboku (milli komandalar arasında Asiya çempionatı) turnirinin bütün dövrlər ərzində ən yaxşı hücumçusu seçilib.

Asiya Futbol Konfederasiyasının saytında keçirilən və 1 milyondan çox respondentin qatıldığı sorğuda səslərin 59 faizini toplayan futbolçu birinci olub.

Xatırladaq ki, hazırda "Saypa" komandasını çalışdıran 49 yaşlı Əli Daei vaxtilə İran yığmasının heyətində vurduğu 109 qolla milli səviyyəsində ən çox fərqlənən futbolçudur.

O, həmçinin 14 qolla Asiya kubokunun ən məhsuldar oyunçusudur.

Digər xəbərlər