"Qəbələ"nin baş məşqçisi klubunu ziyana saldı

"Qəbələ"nin baş məşqçisi klubunu ziyana saldı
Futbol
09 Oktyabr 2018 - 15:30

Supersport.Az-ın məlumatına görə, AFFA İntizam Komitəsi XXVII Azərbaycan Premyer Liqasının VII turunun bəzi oyunlarıyla bağlı qərar verib.


"Neftçi" – "Sabah" matçının 75-ci dəqiqəsində “Neftçi” klubunun 28 №-li futbolçusu Slavko Braliç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


"Zirə" – "Qəbələ" oyunu başa çatdıqdan sonra Qəbələ klubunun baş məşqçisi Sənan Qurbanov oyunsonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 800 manat cərimələnib.




Digər xəbərlər