"Vorskla" uşaq səhvlərindən məğlub oldu"

"Vorskla" uşaq səhvlərindən məğlub oldu"
Futbol
09 Oktyabr 2018 - 20:31
Supersport.Az-ın məlumatına görə, Kiyev "Dinamo"su və Ukrayna yığma komandasının sabiq futbolçusu Viktor Leonenko Avroliqada "Vorskla"nın "Sportinq"ə məğlubiyyətini şərh edib.

"Vorskla" ilk hissəni ideal keçirdi. Poltavalılar rəqibə imkan vermədilər. Portuqliyalılar niyə pis oynadı? Çünki onlar qarşılaşma başlamadan "Vorskla"nı məğlub etmişdi. Lakin poltavalılarda ilk hissədə həyəcan hiss olunmadı və birinci hissədə əla təsir bağışladılar. "Vorskla"nın xal toplayacağı gözlənilmirdi. Ancaq oyunda qələbə qazanmaq mümkün idi.  Portuqaliyalıların qalib gəlmək şansı olmasa da, "Vorskla"nın son dəqiqələrdə uşaq səhvləri məğlubiyyətinə səbəb oldu".

Xatırladaq ki, "Vorskla" hesabda irəli çıxsa da, sonra iki qol buraxaraq "Sportinq"ə uduzub.

Digər xəbərlər