“Qızıl top”a 5 namizədin adı açıqlandı

“Qızıl top”a 5 namizədin adı açıqlandı
Futbol
08 Oktyabr 2018 - 14:28
FIFA və “France Football” jurnalı 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.

Supersport.Az xəbər verir ki, siyahıya ilk olaraq beş namizədin adı daxil edilib. İlk beşlikdə Serxio Aqüero (“Mançester Siti”; Argentina), Qaret Beyl (“Real Madrid”; Uels), Kərim Benzema (“Real Madrid”; Fransa), Alisson Bekker (“Liverpul”; Braziliya), Edinson Kavani (“PSG”; Uruqvay) yer alıblar.

Mükafat uğrunda 30 futbolçu mübarizə aparacaq. Qalan namizədlərin adları gün ərzində açıqlanacaq.

“Qızıl top” mükafatının təqdimatı dekabrın 3-də Parisdə keçiriləcək.

Digər xəbərlər