Vladimir Putin Həbib Nurmuhammədovu təbrik edib

Vladimir Putin Həbib Nurmuhammədovu təbrik edib
Digər, UFC
07 Oktyabr 2018 - 17:47
Rusiyanın prezidenti Vladimir Putin Həbib Nurmuhammədova zəng edərək onu Konor Makqreqor üzərində qazandığı qələbə münasibətilə təbrik edib.

Supersport.Az xəbər verir ki, bu barədə döyüşdən sonra keçirdiyi mətbuat konfransında rusiyalı idmançı özü bildirib.

Xatırladaq ki, bu gün qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib. Dağıstanlı idmançı dördüncü raundda hakimlərin yekdil qərarı ilə Makqreqor üzərində qələbə qazanıb.

Digər xəbərlər