Messi yenə ən yaxşı futbolçu seçildi

Messi yenə ən yaxşı futbolçu seçildi
Futbol
06 Oktyabr 2018 - 20:27
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun ən yaxşı futbolçusu "Barselona"nın aparıcı üzvü Lionel Messi seçilib. Argentinalı hücumçu Londonda "Tottenhem"i 4:2 hesabıyla məğlub etdikləri qarşılaşmada "dubl" edib. Messi Neymar (PSJ), Paulo Dibala ("Yuventus") və Edin Ceko ("Roma") üstələyib.

Yarışın sosial şəbəkədə bu haqda məlumat verilib. Messi ilk turda da birinci olmuşdu.

30 yaşlı argentinalı futbolçu, Avropanın bir nömrəli klub turnirində 5 qol vurmaqla şəxsi rekord vurub. PSV-ni 4 qolla məğlub etdikləri oyunda "Barsa"nın lideri hət-trik edib.

Çempionlar Liqasının bombardirləri siyahısına Messi (5 qol) başçılıq edir. Dibala, Neymar və Ceko hərəyə 3 qol vurub.

Digər xəbərlər