"Qarabağ"dan xal qopara bilərik"

"Qarabağ"dan xal qopara bilərik"
Futbol
07 Oktyabr 2018 - 14:49
Supersport.Az-ın məlumatına görə, Avroliqanın qrup mərhələsinin ikinci oyununda "Sportinq"ə məğlubiyyətin səbəbini açıqlayan "Vorskla"nın hücumçusu Vladislav Kulaç fikirlərini bildirib.

"Düzün deyim ki, şoka düşdük. Erkən qol vurmağımız bizə kömək etdi. İkinci hissə hamı başa düşürdü ki, hesabı qorumaq istəyirik və komandada həyəcan vardı. Ümid edirdik ki, ən azı heç-heçə edərik. Çox təəssüf ki, arzumuza çatmadıq. Çempionatda belə oyunlar az olur.

"Qarabağ"? Fikrimcə, bu rəqiblə zəif oynamayacağıq və xal qazanacağıq".

Bu futbolçu Portuqaliya klubuyla qarşılaşmada komandasını hesabda irəli çıxarsa da, sonda meydanı xalsız tərk ediblər.

Qeyd edək ki, hər iki oyunda məğlub olan "Qarabağ"la "Vorskla" "E" qrupunun autsayderidir. Oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək üçüncü turda Azərbaycan çempionu Ukrayna təmsilçisini qəbul edəcək.

Digər xəbərlər