Rövnəq Abdullayev: "Qarabağ" yaxşı oynadı" - Video

Rövnəq Abdullayev: "Qarabağ" yaxşı oynadı" - Video
Futbol, Video
05 Oktyabr 2018 - 04:27


Supersport.Az-a açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"ın "Arsenal"a 0:3 hesabı ilə uduzduğu oyun barədə fikirlərini bildirib.

"Qarabağ" yaxşı oyun göstərdi. Lakin hücumları məntiqi sonluğa çatdıra bilmədi. Onu da nəzərə almalıyıq ki, rəqib "Arsenal" idi" deyən qurum rəhbəriAzərbaycan çempionunun ilk 2 turda məğlubiyyətinə baxmayaraq, komandadan qarşıdakı oyunlarda müsbət nəticələr gözlədiyini qeyd edib:

"Mən sizdən çox uğur qazanılmasını istəyirəm. Ümid olmasa, yaşamağa dəyməz".

R.Abdullayev bu mövsüm Avroliqanın final görüşünün keçiriləcəyi Bakı Olimpiya Stadionunun vəziyyətini yüksək qiymətləndirib və BOS-un dünyanın ən yaxşı stadionlarından olduğunu vurğulayıb.

AFFA rəhbəri FİFA prezidenti Canni İnfantino ilə son görüşündə ali futbol qurumunun başçısının Azərbaycanda futbolun inkişaf tempindən razı olduğunu sözlərinə əlavə edib.

Anar Cəfərsoy



Digər xəbərlər