Qurban Qurbanov: "Erməni futbolçunun ölkəmizdə olmaması hamımız üçün yaxşıdır" - Video

Qurban Qurbanov: "Erməni futbolçunun ölkəmizdə olmaması hamımız üçün yaxşıdır" - Video
Futbol, Video
03 Oktyabr 2018 - 15:09

Supersport.Az-ın məlumatına görə, «Qarabağ»ın baş məşqçisi Qurban  Qurbanov mətbuat konfransında erməni futbolçu Henrix Mxitaryanın «Arsenal»la Bakıya gəlməməsinə münasibət bildirib.




"İstəməzdim ki, futbol siyasətə qarışsın. Amma bəzən bunsuz mümkün olmur. Belə hallarda hər bir klub öz futbolçusunu qorumağa daha ciddi yanaşır. Əlavə problem haqda düşünmək istəmir. Bunların qarşısını alır. Biz elə bir ölkəyik ki, bura gələn futbolçular olub, normal qarşılamışıq. Amma təzyiqlər olub. Elə insanlar var ki, müharibədə öz doğmalarının, əzizlərini itiriblər. Ona görə də istər-istəməz elə futbolçulara düşmən kimi baxılır. Emosiyalarını qoruyub saxlaya bilmir. Bunun qarşısını almaq üçün bəlkə düzgün addım atılıb. Bəlkə də Mxitaryanın burda olmaması hamımız üçün yaxşıdır".


 

Digər xəbərlər