"Qarabağ" - "Arsenal": Mətbuat konfransları və son məşqlər

"Qarabağ" - "Arsenal": Mətbuat konfransları və son məşqlər
Futbol
02 Oktyabr 2018 - 19:54
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində baş tutacaq "Qarabağ" (Azərbaycan) - "Arsenal" (İngiltərə) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı məlum olub.

Ağdam klubunun mətbuat xidmətindən bildirilib ki, baş məşqçi Qurban Qurbanov oktyabrın 3-ü Bakı Olimpiya Stadionunun mətbuat konfransı zalında saat 14:00-da media mənsublarının qarşısına çıxacaq. Komandanın son məşqi isə saat 19:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.


Rəqib komandanın baş məşqçisi saat 18:00-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. "Arsenal"ın oyunöncəsi son məşqi isə saat 18:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

Digər xəbərlər