İbrahim Şehiçin yeni baş məşqçisi - "Öldük, məhv olduq" deməyin"

İbrahim Şehiçin yeni baş məşqçisi - "Öldük, məhv olduq" deməyin"
Futbol, Foto
02 Oktyabr 2018 - 12:03


Mehmet Özdilek,” Bu ortamlara alışık bir teknik adamım “ 



Supersport.Az-ın məlumatına görə, Türkiyə Superliqasında mübarizə aparan "B.B. Ərzurumspor" yeni baş məşqçi Mehmet Özdiləklə 1 illik müqavilə bağlayıb.

İmza mərasimində klub prezidenti Mevlut Doğan, vitse-prezident Ünsal Kıraç da iştirak edib.

M.Doğan əvvəlki çalışdırıcı Mehmet Altıparmaka təşəkkürünü bildirib, yeni mütəxəssisə uğurlar arzulayıb.

M.Özdilək isə açıqlamasında deyib:

"11 ildir çətin dönəmlərdən keçmişəm. Ancaq narahat olmamalıyıq. Deyirlər bu körpünün altından daha çox su axar: 27 tur, ortada 81 xal var. Futbolda şəhər, camiə, azarkeş, komanda olaraq mövcud vəziyyət ürəkaçan deyil. Hamımız birlikdə durumu xeyrimizə dəyişməliyik. Qəti şəkildə bildirim ki, doğma meydanda keçirəcəyimiz oyunların favoritiyik. İlk dövrənin başa çatmasına 10 tur var və 6-sı ev matçı olacaq. Bütün oyunlarda qələbə qazanmaq gücündəyik. Daha bir şeyi itirmədiyimizin mesajını verməyə çalışıram. Öldük, bitdik, məhv olduq düşüncəsi bizi başqa tərəfə aparır. Özümüzə hakim olmalıyıq. "Alanyaspor"la oyunda çox şeyin dəyişdiyinin siqnalını alacaqsınız. Hər oyun ciddi təhlil olunacaq, rəqiblərin güclü və zəif cəhətləri futbolçularımıza dəqiq çatdırılacaq".

Qeyd edək ki, "Qarabağ"ın sabiq qolkiperi İbrahiç Şehiçin formasını geydiyi "Ərzurumspor" 7 turdan sonra 2 xalla 18-ci komanda sırasında son pillədədir.

 

Digər xəbərlər